"Suriya-ordusu" sözünə uyğun 620 nəticə tapıldı!

Suriyada təcrübəsi olan təlimatçılar 102-ci bazada təlimlər keçirirlər

2018/06/34534-(2)_1528279029.jpg
Oxunub: 362     14:07     06 İyun 2018    
Ermənistandakı Rusiyanın hərbi bazası mühəndis istehkamçılarla komplektləşdirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Rusiyanın Ermənistandakı hərbi bazasına 100 dən artıq mühəndis qoşunları mütəxəssisləri gətirilib.

Mühəndis-istehkam bölmələrinin hərbi qulluqçuları "Kamxud" təlim mərkəzində mina axtarış təlim məşğələlərinə başlayıblar.

Hərbi qulluqçular açıq ərazidə, qayalarda və dağ yamaclarında mina və partlayıcı maddələr üzrə axtarış vəridşlərini, bacarıqlarını artırırlar. Təlim məşğələlərini Suriyada təcrübəsi olan təlimatçılar keçirir.

Qeyd edək ki, mühəndis qoşunları üzrə mütəxəssislər Rusiya ordusunun cənub hərbi dairəsinin Ermənistandakı bazasına rotasiya qaydasında aparılan yerdəyişmə əsasında gətirilib.

Alpər Mövludoğlu
Ordu.az


Teqlər: Ermənistan   102-baza   Rusiya  


Xəbər lenti