ABŞ Peşmərgəyə 300 milyon dollardan çox vəsait ayıracaq

2017/11/1d1ab7e5e1d373f375dff9ccf493c952_XL234234234_1512046580.jpg
Oxunub: 445     20:49     30 Noyabr 2017    
Peşmərgə ABŞ-dan 364 milyon dollar vəsait almaq niyyətindədir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın nümayəndəsi Bredli Bekker Peşmərgə naziri vəzifəsini yerinə yetirən Kərim Sincari ilə görüş zamanı bildirib ki, kürd qruplaşması Vaşinqtondan külli miqdarda maliyyə yardımı alacaqlar.

Ərbildə keçirilən görüşdə Pentaqon nümayəndəsi bildirib ki, ABŞ Peşmərgədə tədris kursları keçirməyə və Peşmərgə üzvlərinin müxtəlif təyinatlı silahlarla təchizatına davam edəcək.

Öz növbəsində, Sincari Ağ Evi ordunu İraq Kürdüstanında saxalamağı davam etdirməyə səsləyərək, Vaşinqtona müasir kürd ordusu yaratmaqda yardımçı olmağı təklifi edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq-Kürdüstanı   Peşmərgə  


Bizi "telegram"da izləyin