Tillerson KXDR situasiyasını Lavrov və Van İ ilə müzakirə edəcək

2017/11/345345_1512045452.jpg
Oxunub: 389     20:36     30 Noyabr 2017    
ABŞ dövlət katibi Reks Tillerson yaxın zamanlarda KXDR ətrafında vəziyyəti telefon danışıqları ilə Rusiya və Çin xarici işlər nazirləri Sergey Lavrov və Van İ ilə müzakirə etmək niyyətindədir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauret bəyan edib.

“Bildiyim qədərilə, dövlət katibinin Rusiya və Çinlə telefon danışıqları nəzərdə tutulub”, - deyə Nauret KXDR ətrafında mövcud olan problemdən bəhs edərkən bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Tillerson   XİN  


Bizi "telegram"da izləyin