Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan ABŞ-ın Pxenyanla əlaqələri kəsmək barədə çağırışına cavab olararaq Çinin hansı reaksiyanı göstərəcəyi barədə jurnalistlərin sualına cavab verərkən bildirib.
“BMT Təhlükəsizlik Şurası KXDR-in nüvə problemi üzrə bir neçə qətnamə qəbul edib və Pxenyana münasibətdə sanksiyalar daxil edib. Biz hər zaman belə qətnamələrin həyata keçirilməli olduğunu bəyan etmişik”, - deyə Gen Şuan qeyd edib.
O əlavə edib ki, Çin KXDR-lə bağlı qətnamələri və öz öhdəliklərini hər zaman tam həcmdə yerinə yetirib.
Ağalar Qəribov
Ordu.az