Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Bildirilir ki, yeni qruplaşmanın tərkibinə PYD sıralarından 236 terrorçu cəlb edilib.
Daha öncə xəbər verilirdi ki, yaxın gələcəkdə Türkiyə Suriyanın şimalında PYD terrorçularına qarşı döyüşlərə başlaya bilər.
Xatırladaq ki, Ankara İdlib vilayəti ərazisindən Hələbə Afrin sərhəddində yerləşən xeyli qüvvə göndərib və bu proses davam edir.
Ordu.az