"PYD" sözünə uyğun 193 nəticə tapıldı!

Hulusi Akar PKK-ya qarşı əməliyyatları təftiş edib

2018/07/thumbs_b_c_3000c23099297ee949a0158c438b023b_1531991600.jpg
Oxunub: 1049     17:57     19 İyul 2018    
Türkiyənin yeni Müdafiə naziri Hulusi Akar nazir kimi ilk ziyarətini Türkiyənin cənub-şərq sərhəd bölgəsinə edib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hulusi Akar Hakkari vilayətindəki 2270 saylı Dağbaşı Baza bölgəsinə baş çəkib.

Onu Türkiyə Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunları komandanı Ümid Dündar, Hərbi Hava Qüvvələri komandanı Həsən Kiçikağüz və Donanma komandanı Adnan Özbal müşayiət edib.

Gərgin əməliyyatlar nəticəsində təmizlənən bölgədə aparılan fəaliyyətlər barəsində məlumat alan Akar burada terrorla mübarizədə şəhid olan əsgərlərin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib.

O, TSQ-nin bölgədə İŞİD, PKK/YPG/PYD və FETÖ-yə qarşı mübarizəsini yüksək qiymətləndirib və gələcək əməliyyatlar üçün öz tapşırıqlarını verib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   Terror