Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Yaponiya parlamentində ölkənin müdafiə naziri İtsunori Onodera bəyan edib.
“Atılan raketin uçuş məsafəsi və hündürlüyü, həmçinin hərəkət edən atış qurğusu buna qədər gördüklərimizdən fərqli idi. Düşünmək olar ki, bu, qitələrarası yeni raket növüdür və atılan raket cari ilin iyul ayında iki dəfə atılan qitələrarası raketdən fərqlənir”, - deyə Onodera qeyd edib.
Yaponiyanın müdafiə naziri əlavə edib ki, əldə olunan fotoşəkillərə əsasən atılan raketin ikipilləli olması qənaətinə gəlmək olar.
Ağalar Qəribov
Ordu.az