Ordu.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Bakıda Gənclər Şurasının 9-cu iclası zamanı jurnalistlətə açıqlamasında deyib.
K.Sarıbay Azərbaycana buna görə minnətdarıq edib.
Əlavə edib ki, bu tədbir Azərbaycanın ev sahibliyi etdiyi artıq üçüncü Gənclər Şurasıdır:
"Hələ Azərbaycan təşkilata sədrlik etməzdən əvvəl də ilk Gənclər Şurası burada uğurla keçirilmişdi. Ötən il əsas diqqət könüllülük fəaliyyətinə yönəlmişdi və qəbul olunan qərarlar üzv dövlətlər arasında gənclər təşkilatlarının əməkdaşlığının inkişafına ciddi töhfə verir".
Baş katib deyib ki, builki iclasın mövzusu Azərbaycanın sədrliyi dövründə irəli sürdüyü ümumi yanaşmalarla tam üst-üstə düşür:
"Söhbət cəmiyyətlərimizin və şəhərlərimizin dayanıqlı inkişafından gedir. Bu gün Bakıda keçirilmiş Dünya Şəhərsalma Forumunun davamı kimi urbanizasiya məsələləri də müzakirə olunur".
Ordu.az