Livan və İsrail anlaşma memorandumu imzalaya bilər

2026/06/1780650188.jpg
Oxunub: 190     03:35     26 İyun 2026    
Livan və İsrail nümayəndə heyətləri Vaşinqtonda keçirilən danışıqlarda ABŞ mütəxəssislər tərəfindən hazırlanmış təhlükəsizlik məsələlərinə dair anlaşma memorandumunu müzakirə edirlər.

Ordu.az xəbər verir ki, bbu barədə Dövlət Departamentindəki mənbənin “Əl-Hədəs” televiziyasına verdiyi məlumatda bildirilib.

Mənbə qeyd edib ki, tərəflər mövcud fikir ayrılıqlarına baxmayaraq, yaxın zamanda başa çatması gözlənilən danışıqların beşinci raundundan sonra bu sənədi imzalaya bilərlər.

Onun sözlərinə görə, xoşməramlılıq jesti olaraq İsrail Cənubi Livanda işğal altında olan ərazilərdən qoşunlarını çıxara bilər. Bu ərazilərdə Livan ordusu bölmələrinin yerləşdirilməsi nəzərdə tutulan pilot zona yaradılacaq. Lakin hələlik İsrail qoşunlarının hansı ərazilərdən geri çəkiləcəyi dəqiqləşdirilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin