"Samur" sərhəd komendantlığı xidməti istifadəyə verilib - VİDEO+FOTOLAR

2026/06/photo-1781609459.jpg
Oxunub: 275     15:16     16 İyun 2026    
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" Sərhəd Dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan "Samur" sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilib.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.


Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qeyd edib ki, "Samur" sərhəd komendantlığının əsaslı təmirdən sonra yenidən qurularaq istifadəyə verilməsi müasir sərhəd infrastrukturunun yaradılması istiqamətində görülən işlərin davamlılığını və gələcəyə hesablanmış inkişaf strategiyasını özündə əks etdirir:

"Xüsusilə tədbirdə veteran sərhədçilərin iştirakı sərhədçilər arasında mənəvi bağlılığın, xidmət ənənələrinə sədaqətin və Vətən sərhədlərinin keşiyində şərəflə dayanmış insanların əməyinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir".





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Samur   DSX   Sərhəd-komendantlığı  


Bizi "telegram"da izləyin