Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu işlər seçki rüşvətinin verilməsi və alınması, seçki rüşvətində vasitəçilik, seçki dövründə xeyriyyəçilik qadağasının pozulması və bunlarla əlaqəli digər cinayət faktları üzrə açılıb.
Məlumata görə, həmin cinayət işləri çərçivəsində:
- 66 iş üzrə 227 nəfər saxlanılıb,
- 248 nəfərə qarşı cinayət təqibi başlanıb,
- 15 təqsirləndirilən şəxs barəsində axtarış elan olunub.
Təqsirləndirilən şəxslərdən:
- 108 nəfər barəsində azadlıqdan məhrumetmə ilə əlaqəli qətimkan tədbirləri seçilib, onlardan 55 nəfər həbs edilib, 53 nəfər isə ev dustaqlığına göndərilib;
- 122 nəfər barəsində alternativ qətimkan tədbirləri tətbiq olunub.
Qeyd edilir ki, 66 cinayət işi üzrə çoxsaylı prosessual hərəkətlər həyata keçirilib, o cümlədən 300-dən çox şəxs dindirilib və müxtəlif ofislərdə axtarışlar aparılıb.
21 iş üzrə ibtidai istintaq başa çatdırılıb və 90 nəfər barəsində ittiham aktı tərtib edilərək məhkəməyə göndərilməsi üçün təqdim olunub.
Alpər Mövludoğlu
Ordu.az