"İmza günündə ABŞ-nin vitse-prezidenti və İran parlamentinin sədri iştirak edəcək" - Nazir müavini

2026/06/1781601855.jpg
Oxunub: 179     13:21     16 İyun 2026    
İran və ABŞ arasında anlaşma memorandumunun imzalanması günündə ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf iştirak edəcək.

Ordu.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi bu gün Tehranda xarici ölkələrin səfirləri və diplomatları ilə görüşdə deyib.

Onun sözlərinə görə, imzalanma məkanı İsveçrə olaraq müəyyənləşib, lakin bu ölkədə dəqiq məkan təyin olunmayıb. Hələlik imzalanmanın elektron olub-olmaması da müəyyənləşməyib.

Təxt Rəvançi deyib ki, imzalanmadan dərhal sonra müzakirələrin növbəti raundu başlanacaq. Müzakirə heyətlərinə ABŞ vitse-prezidenti və İran parlament sədri başçılıq edəcək.

Nazir müavini əlavə edib ki, müzakirələrdə İrana dəyən zərərin aradan qaldırılması, İranın başqa ölkələrdə dondurulmuş vəsaitinin sərbəst buraxılması, İranın nüvə proqramı, uranın zənginləşdirilməsi, zənginləşdirilən uran ehtiyatları, İranın nüvə ehtiyacları haqda danışıqlar aparılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Rəvançi  


Bizi "telegram"da izləyin