İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb

2026/06/1781612304.jpg
Oxunub: 135     15:59     16 İyun 2026    
Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın Baş naziri Rob Jetten ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında paylaşım edilib.

"Bu gün mənim Niderlandın Baş naziri Rob Jettenlə telefon danışığım oldu. Biz siyasi dialoqun daha da dərinləşdirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik", - dövlət başçısı vurğulayıb.

Söhbət zamanı həmçinin regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev qeyd edib ki, Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasına yönəlmiş səylərə Niderlandın göstərdiyi dəstəyi alqışlayır.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Azərbaycan  


Bizi "telegram"da izləyin