Tehran ABŞ-nin İrana qarşı dəniz blokadasını aradan qaldırmağa başladığını təsdiqləyib

2026/06/1781427513.jpg
Oxunub: 177     16:44     16 İyun 2026    
Tehran ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılması prosesinə başladığını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi bildirib.

“İrana qarşı dəniz blokadasının aradan qaldırılması artıq başlayıb və praktiki mərhələyə keçib”, - deyə o qeyd edib.

Xatırladaq ki, iyunun 15-də İranla razılaşmanın əldə olunması barədə xəbərlərdən sonra ABŞ Prezidenti Donald Tramp Amerika dəniz blokadasının ləğvinə icazə verdiyini açıqlamışdı.

Həmin gün axşam saatlarında “Press TV” telekanalı dənizçilik sahəsindəki mənbələrə istinadən məlumat yayıb ki, ABŞ tərəfindən blokadanın aradan qaldırılması ilə bağlı razılaşmadan sonra üç İran neft tankeri və əsas tələbat malları daşıyan iki İran gəmisi beynəlxalq sulardan keçib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   ABŞ   İran  


Bizi "telegram"da izləyin