Ermənistanın müdafiə naziri Fransanın silahlı qüvvələr və veteran işləri naziri ilə görüşüb

2026/06/1781615138.jpg
Oxunub: 195     17:07     16 İyun 2026    
Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün Parisdə Fransanın silahlı qüvvələr və veteran işləri naziri Ketrin Votren ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Papikyan özü “Facebook” səhifəsində məlumat yayıb.

Papikyan bildirib ki, Ketrin Votren onu parlament seçkilərində qələbə münasibətilə təbrik edib.

“Ermənistan-Fransa əməkdaşlığının hazırkı vəziyyətini yüksək qiymətləndirdik və formalaşmış səmərəli tərəfdaşlığın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğuladıq.

Söhbət zamanı ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın mövcud vəziyyətinə, onun inkişafı və dərinləşdirilməsinə, eləcə də regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlərə toxunduq”, - deyə Papikyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fransa  


Bizi "telegram"da izləyin