Çin XİN: Hörmüz boğazından sərbəst keçid bütün tərəflərin maraqlarına uyğundur

2026/06/1781158702.jpg
Oxunub: 198     14:21     16 İyun 2026    
Hörmüz boğazında təhlükəsiz və sərbəst hərəkətin qısa müddətdə bərpası bütün tərəflərin maraqlarına cavab verir.

Ordu.az xəbər verir ki, bunu brifinq zamanı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyzyan deyib.

Diplomat bildirib ki, Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün istifadə olunur və oradan təhlükəsiz, sərbəst keçid imkanının tezliklə bərpa olunması bütün tərəflərin maraqlarına uyğundur.

Lin Tsyzyan qeyd edib ki, Çin bu məsələ ilə bağlı maraqlı dövlətlər və beynəlxalq ictimaiyyətlə əlaqələri davam etdirməyə hazırdır. Onun sözlərinə görə, Pekin bütün tərəflərlə təmasları qoruyacaq və Çin kapitalı ilə fəaliyyət göstərən, həmçinin Çin bayrağı altında üzən gəmilərin təhlükəsizliyini təmin etmək üçün bütün səylərini göstərəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Çin  


Bizi "telegram"da izləyin