Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 16-da parlamentdə 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu, “parlament seçkilərində Ermənistan xalqının etdiyi seçim və verdiyi səslər sayəsində” mümkün olub.
Paşinyan hesab edir ki, məhz 2025-ci ildə keyfiyyətcə yeni dövlətin formalaşdırılması gündəliyinə keçməyə imkan verən əsaslar qoyulub.
“2025-ci ildə Ermənistan və Azərbaycan sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi üzrə danışıqların başa çatdığını və mətnin tam razılaşdırıldığını elan ediblər.
Bu hadisə 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və iştirakı ilə sülhün bərqərar olmasına imkan yaratdı”, - deyə Paşinyan bildirib.
Onun qiymətləndirməsinə görə, 2025-ci il “inqilabi” hakimiyyətin ən uğurlu ili hesab oluna bilər və hər növbəti ilin əvvəlkini üstələməsinə çalışmaq lazımdır.
Alpər Mövludoğlu
Ordu.az