Azərbaycan və Böyük Britaniya yaxın zamanda Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasını keçirməyi planlaşdırır.
Bu barədə
Ordu.az Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.
"Böyük Britaniya və Azərbaycan arasında bu il keçiriləcək Birgə Hökumətlərarası Komissiyanın iclası ərəfəsində strateji tərəfdaşlığa yeni təkan. Böyük Britaniyanın investisiyalar üzrə dövlət naziri Ceyson Stokvud Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı məhsuldar danışıqlar aparıb", – paylaşımda qeyd olunub.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Britaniya