Ermənistan Təhlükəsizlik Şurasının katibi “Save Armenia” təşkilatının üzvləri ilə Ermənistan-ABŞ münasibətlərini müzakirə edib

2026/06/1781606150.jpg
Oxunub: 200     14:35     16 İyun 2026    
“İyunun 16-da “Save Armenia” təşkilatının nümayəndə heyətinin üzvlərini qəbul etmişəm”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Facebook” səhifəsində yazıb.

“Heyətin Ermənistana səfərini məmnunluqla qarşıladım. Nümayəndə heyətinin üzvləri isə öz növbələrində səmimi qəbula və məzmunlu müzakirə imkanına görə təşəkkür etdilər.

Görüş zamanı Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyinə, əldə edilmiş razılaşmaların icrası prosesinə toxunduq, həmçinin ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğuladıq.

Görüşün ikinci hissəsində iştirakçıları maraqlandıran sualları cavablandırdım, regional və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - deyə Qriqoryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qriqoryan  


Bizi "telegram"da izləyin