Ordu.az xəbər verir ki, bu barədə o, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşü zamanı danışıb.
Ağ Evin internet səhifəsində yayımlanan mətbuat açıqlamasında Tramp bildirib ki, hazırda çox ağıllı hesab etdiyi və işləməyin xoş olduğu insanlarla təmasdadır.
“Onlar güclü və ağıllı insanlardır”, - deyə ABŞ lideri vurğulayıb.
Trampın fikrincə, Tehranın hazırkı nümayəndələri öz sələfləri ilə müqayisədə daha az radikaldırlar və ölkələrinə fayda verməyə çalışırlar.
Sevinc Əliyeva
Ordu.az