Fon der Lyayen: "Diplomatiya Yaxın Şərqdə vəziyyətin nizamlanmasında nəticələr verir"

2025/07/1752421330.jpg
Oxunub: 141     14:27     16 İyun 2026    
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Yaxın Şərqdə gərginliyin azaldılması üçün diplomatiyanın vacibliyini vurğulayıb.

Ordu.az xəbər verir ki, o, bu barədə ABŞ Prezidenti Donald Trampla görüşünün yekunları üzrə "X" hesabında yazıb.

"Evianda (Fransa - red.) Prezident Trampı İranla razılaşmanın əldə edilməsi münasibətilə təbrik etdim. Hər ikimiz razıyıq ki, bu, İranın nüvə proqramının tam dayandırılmasına gətirib çıxarmalıdır. Hörmüz boğazı yenidən açılıb, neft ucuzlaşır. Diplomatiya məhz belə nəticə verir", - fon der Lyayen qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lyayen    


Bizi "telegram"da izləyin