Ordu.az xəbər verir ki, Tramp bu barədə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşü zamanı danışıb.
“Biz artıq görüşmüşük və hər şey çox yaxşı keçib. Bu gün daha sonra onunla yenidən görüşəcəyəm”, - deyə ABŞ lideri bildirib.
O əlavə edib ki, Vaşinqton hazırda İran ətrafında formalaşmış vəziyyətə diqqət ayırır, Ukrayna məsələsi isə hələlik ikinci planda qalacaq.
“Biz İrana fokuslanmışıq və bu məsələ arxa planda qalacaq”, - deyə Tramp qeyd edib.
Sevinc Əliyeva
Ordu.az