Tramp: “İsrailin “Hizbullah”a qarşı əməliyyatı daha tez başa çatmalı idi”

2026/01/1769008045.jpg
Oxunub: 168     16:58     16 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İsraili Livanın “Hizbullah” hərəkatına qarşı uzanan hərbi əməliyyatlara görə tənqid edib və bu prosesin daha qısa müddətdə yekunlaşmalı olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Tramp Fransada keçirilən G7 sammiti çərçivəsində Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşü zamanı danışıb.

“Mən İsrailin Livan və “Hizbullah” məsələsindəki fəaliyyətindən narazıyam. Onlar bu problemin öhdəsindən daha tez gəlməli idilər. Bütün bunlar həddindən artıq uzun çəkir”, - deyə ABŞ Prezidenti bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Hizbullah  


Bizi "telegram"da izləyin