ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ ilə İran arasında əldə olunan razılaşma “ikinci mərhələyə” keçib və onun fikrincə, bu mərhələ əvvəlkindən daha asan olacaq.
Ordu.az xəbər verir ki, Tramp bu barədə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşü zamanı danışıb.
“İranla razılaşmamızı əldə etmişik və onun uğurla başa çatması üçün ikinci mərhələyə keçirik. Mənim fikrimcə, bu mərhələ əslində əvvəlkindən daha sadə olacaq”, - deyə ABŞ lideri bildirib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Tramp
ABŞ
İran