Hakan Fidan Sergey Lavrovla Bakı ilə İrəvan arasındakı sülh prosesini müzakirə edib

2025/05/1748235802.jpg
Oxunub: 159     16:39     16 İyun 2026    
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, çərşənbə axşamı Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi danışıqlar zamanı Cənubi Qafqazdakı vəziyyəti və Bakı ilə İrəvan arasındakı sülh prosesini müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Fidan Moskvada keçirilən mətbuat konfransında danışıb.

“Cənubi Qafqazdakı vəziyyəti, eləcə də Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini ətraflı müzakirə etdik. Bu, regionda sülhün təmin olunması baxımından son dərəcə mühüm amildir”, - deyə Türkiyənin xarici işlər naziri bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Lavrov  


Bizi "telegram"da izləyin