Dövlət Bağçalı: "Ermənistan ağıllı davransa, Zəngəzur dəhlizi onun üçün imkan qapısına çevrilə bilər"

2021/01/33323-1610805198.jpg
Oxunub: 150     13:19     16 İyun 2026    
Ermənistan ağıllı davranaraq səmimi şəkildə regional əməkdaşlıq platformasına qoşularsa, Turan dəhlizi (Zəngəzur dəhlizi - red.) onun iqtisadi təcriddən çıxışı üçün imkan qapısına çevrilə bilər.

Ordu.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının parlament qrup toplantısında deyib.

Onun sözlərinə görə, Ermənistan yeni reallıqları nəzərə almasa və keçmişdən qalan xəyallardan əl çəkməsə, gələcəyi üçün yaranan imkanlardan məhrum olacaq.

D.Baxçalı bildirib ki, Ermənistan ya köhnə işğal təfəkkürü və diaspor çevrələrinin revanşist arzularının ardınca sürüklənəcək, ya da bölgədə yaranmış yeni reallığı qəbul edərək davamlı sülhü seçəcək:

"Bölgədəki yeni bəllidir: Qarabağ Azərbaycandır. Bu həqiqət həm döyüş meydanında qan bahasına, həm də danışıqlar masasında hüquqi müstəvidə təsdiqlənib. Köhnə işğal düşüncəsinin yeni formalarda yaşatmaq yolları artıq bağlıdır. Normallaşma prosesinin müsbət nəticələnməsi yalnız Türkiyə və Azərbaycana qarşı tarixi düşmənçilik ritorikasından imtina edilməsi, bölgənin yeni reallıqlarının qəbul olunması, ədalət və əməkdaşlıq prinsiplərinə hörmət göstərilməsi ilə mümkündür. Azərbaycanın nailiyyətlərini zəiflədən, türk dünyasının qarşısında maneələr yaradan, ilhamını sovet dövrünün qalıqlarından alan heç bir formul uzunömürlü və davamlı ola bilməz".

MHP lideri Zəngəzur dəhlizini Türkiyəni Azərbaycan vasitəsilə Türküstanla (Mərkəzi Asiya - red.) birləşdirəcək tarixi keçid kimi qiymətləndirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dövlət-Bağçalı   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin