İslamabad Sürprizi: İran-ABŞ “Barışığı” Cənubi Qafqazda Kartları Necə Yeniləyir?

2026/06/1781539149.jpg
Oxunub: 260     19:54     15 İyun 2026    
İyunun 15-nə keçən gecə ABŞ və İran “İslamabad razılaşması” ətrafında danışıqların başa çatdığını rəsmi şəkildə təsdiqləyiblər. Bundan əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif İran-ABŞ arasında “Niyyət Memorandumu”nun iyunun 19-da İsveçrədə imzalanacağını açıqlamışdı.

İran-ABŞ razılaşması barədə nə məlumdur?

Məlumatlara görə, İran İslam Respublikası nüvə silahının yayılmaması haqqında müqaviləyə sadiq qalmağı və nüvə silahına malik olmamağı öhdəsinə götürüb. İranın raket proqramı məsələsi “danışıqlar mövzusu” deyil. Bunun müqabilində ABŞ İranın 24 milyard dollar həcmində maliyyə vəsaitlərini dondurulmuş vəziyyətdən çıxarmalı, İran İslam Respublikasının daxili işlərinə müdaxilə etməməli, onun suverenliyini tanımalı, dəniz blokadasını aradan qaldırmalı, qoşunlarını İran sərhədlərinə yaxın ərazilərdən çıxarmalı, Yaxın Şərqdə hərbi mövcudluğunu artırmamalı, müttəfiqləri ilə birlikdə İran iqtisadiyyatının bərpasına yönəlmiş ən azı 300 milyard dollarlıq proqram təqdim etməlidir.

Sənəd imzalandıqdan sonra rəsmi şəkildə dərc olunacaq. Yuxarıda qeyd olunan məlumatı “RİA Novosti” İran dövlət televiziyasına istinadən yayıb. Mümkündür ki, İran tərəfi ABŞ ilə əldə olunan razılaşmanı “həddindən artıq nikbin” formada təqdim edib. Məlumat yayılıb ki, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Vahidi “ABŞ ilə sülhün əleyhinədir”. Bununla yanaşı, İran Prezidenti Pezeşkian bildirib ki, razılaşma “Ali Milli Təhlükəsizlik Şurasının təsdiqini alıb”.

İran-ABŞ “barışığının” Yaxın Şərqdə sabit və uzunmüddətli sülhə “yol açdığını” söyləmək hələ tezdir. Xüsusilə də onun ABŞ-nin Cənubi Qafqazdakı layihələrinin həyata keçirilməsi prosesinə necə təsir göstərəcəyi sual doğurur. Nəzərdə tutulur ki, tərəflər digər məsələləri müzakirə etmək üçün altmış günlük danışıqlara başlayacaqlar. Bu müddət uzadıla bilər.

İstisna deyil ki, ABŞ prezidenti Konqresə aralıq seçkilərinə diqqət yetirmək üçün “prinsipial güzəştlərə gedib”. Görünür, İsrail Livanda hərbi əməliyyatların dayandırılması şərtini “qəbul etmir”.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin