Ordu.az xəbər verir ki, bu barədə Maya Sandu sosial şəbəkə hesabında paylaşım edib.
Sandu Avropa Şurasının Prezidenti Antonio Koşta ilə məhsuldar görüş keçirdiyini bildirib və bazar ertəsi ilk klasterin açılması ilə bağlı qərarı yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Moldova bütün klasterlərin açılmasına hazırdır və ölkə üzərinə düşən işləri yerinə yetirib.
Prezident qeyd edib ki, islahatlar davam etdiriləcək və iyunun 22-də keçiriləcək Avropa İttifaqı-Moldova sammiti səbirsizliklə gözlənilir.
Qeyd edək ki, Avropa İttifaqına üzv dövlətlər Ukrayna və Moldova ilə üzvlük danışıqlarının ilk klasterinin açılmasına razılıq veriblər.
Rəsmi danışıqlar iyunun 15-dən etibarən Lüksemburqda hər iki ölkə ilə ayrı-ayrılıqda başlayacaq. İyunun 18-də isə Brüsseldə keçiriləcək Avropa Şurasının sammitində qərarın təsdiqlənməsindən sonra ilk klaster açılacaq və həmin ölkələrin qanunvericiliyinin Avropa İttifaqı standartlarına uyğunlaşdırılması prosesi başlayacaq.
Sevinc Əliyeva
Ordu.az