“Huğlu Av Tüfekleri Kooperatifi”ndə Naci Tanık yenidən sədr seçilib

2026/06/Ekran-1781332686.jpg
Oxunub: 269     10:45     13 İyun 2026    
“Huğlu Av Tüfekleri Kooperatifi”nin İdarə Heyətinin sədri Naci Tanık üzvlərin yekdil səsi ilə yenidən sədr vəzifəsinə seçilib.

Ordu.az xəbər verir ki, bu barədə kooperativin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Naci Tanık növbəti 4 il ərzində də İdarə Heyətinin sədri vəzifəsini icra edəcək.

Seçkilərin nəticəsindən sonra açıqlama verən Tanık 11 ildir böyük qürurla yerinə yetirdiyi vəzifəyə yenidən layiq görülməsindən məmnunluğunu ifadə edib.

O bildirib ki, keçirilən seçkilərdə yekdil qərarla daha 4 il müddətinə etimad göstərilməsi onun üçün böyük şərəfdir.

Tanık bu etimada görə kooperativ üzvlərinə, şəffaflıq və sədaqətlə birgə fəaliyyət göstərdikləri idarə və nəzarət şurasına, eləcə də bütün əməkdaşlara təşəkkür edib.

Kooperativ rəhbəri vurğulayıb ki, “Huğlu”nun qlobal uğurlarını daha da artırmaq üçün fəaliyyətlərini davam etdirəcəklər.

Onun sözlərinə görə, kooperativin beynəlxalq bazarlardakı mövqeyinin möhkəmləndirilməsi istiqamətində işlər fasiləsiz şəkildə davam etdiriləcək.

Qeyd edək ki, Türkiyənin aparıcı ov tüfəngi istehsalçılarından biri olan “Huğlu Av Tüfekleri Kooperatifi” istehsal və ixrac fəaliyyəti ilə beynəlxalq bazarlardakı iştirakını genişləndirməyə çalışır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Huğlu-Av-Tüfekleri-Kooperatifi   Türkiyə  


Bizi "telegram"da izləyin