Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsi məlumat yayıb.
Məlumata görə, Antikorrupsiya Komitəsinin və Milli Təhlükəsizlik Xidmətinin Lori vilayəti üzrə idarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət işi üzrə yeni faktlar əldə olunub.
İstintaqın versiyasına əsasən, “Çiçəklənən Ermənistan” partiyasının Lori vilayətinin Vanadzor icmasında fəaliyyət göstərən ərazi qərargahının nümayəndəsi olan və partiya adından çıxış edən şəxs bir sıra seçicilərə seçki rüşvəti verib.
Bildirilir ki, həmin şəxs seçicilərdən partiyanın xeyrinə səs vermələrini və digər şəxsləri də rüşvət müqabilində bu partiyaya səs verməyə cəlb etmələrini istəyib.
Faktla bağlı başlanmış cinayət işi çərçivəsində bir neçə nəfər saxlanılıb, axtarışlar və digər prosessual tədbirlər həyata keçirilib. Ermənistan Antikorrupsiya Komitəsi araşdırmaların davam etdiyini bildirib.
Alpər Mövludoğlu
Ordu.az