“Mehr”: İranın raket proqramı ABŞ ilə razılaşmaya daxil edilməyəcək

2026/06/1780388323.jpg
Oxunub: 225     15:52     12 İyun 2026    
İranın raket proqramı və Tehranın müttəfiqlərinə göstərdiyi dəstək ABŞ ilə əldə olunacaq razılaşmanın tərkib hissəsi olmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi ABŞ ilə münaqişənin başa çatdırılmasına dair memorandum layihəsinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, danışıqların gündəliyindən İranın raket proqramı və müqavimət qruplarına dəstək məsələləri çıxarılıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İran ərazisindəki hədəflərə zərbələr endirməyə başlayıb. Nəticədə 3 mindən çox insan həlak olub.

Aprelin 8-də Vaşinqton və Tehran atəşkəs elan etdiklərini açıqlayıblar və həmin rejim rəsmi olaraq hələ də qüvvədə qalır.

Paralel olaraq İran və ABŞ arasında danışıqlar prosesi davam edir. Tərəflər qarşılıqlı anlaşma haqqında çərçivə memorandumunu razılaşdırmağa çalışırlar.

Bununla yanaşı, tərəflər arasında vaxtaşırı ayrı-ayrı zərbə mübadilələrinin davam etdiyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Raket  


Bizi "telegram"da izləyin