Avropa Komissiyası Yaxın Şərqdəki münaqişə fonunda fermerlərə 540 milyon avro ayıracaq

2025/10/1759499569.jpg
Oxunub: 186     15:07     12 İyun 2026    
Bu gün Avropa Komissiyası Yaxın Şərqdəki vəziyyətlə əlaqədar gübrə qiymətlərinin artmasından zərər çəkən Avropa fermerlərinə 540 milyon avro maliyyə yardımı ayırmaq planını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinə istinadən "Yevropeyskaya pravda" məlumat yayıb.

Cari həftənin əvvəlində komissiya qalıq vəsaitlərə əlavə olaraq, Avropa İttifaqının 2026-cı il büdcəsindən kənd təsərrüfatı ehtiyatını 300 milyon avro artırmağı təklif edib.

Bundan əlavə, Avropa Komissiyası "Ümumi kənd təsərrüfatı siyasəti"nə məqsədyönlü düzəlişlər edilməsi təklifi ilə çıxış edib, bu da üzv dövlətlərə gübrə əldə etmələrində fermerlərə təxirəsalınmaz dəstək göstərməyə imkan verəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin