Ordu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, sənədin mətnindəki maddələrin əksəriyyəti texniki xarakter daşıyır:
"Bu istiqamətdə aparılan müzakirələrdə sülh sazişi mətninin 17 maddəsindən 12-si texniki xarakter daşıyıb. Ancaq bu maddələr texniki xarakter daşısa da, sənədin yekunlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Saziş layihəsinin 15-17-ci maddələri isə birbaşa sülh gündəliyini və onun hüquqi mexanizmlərini tənzimləyib".
R.Nəbiyev həmçinin bildirib ki, sənədin əsasını sülhün təmin edilməsi və dövlətlərarası münasibətlərin normallaşdırılması təşkil edir:
"Bu çərçivədə mühüm məsələlərdən biri kimi diplomatik münasibətlərin yaradılması nəzərdə tutulur".
Ordu.az