"İranın siyasəti əməkdaşlığın genişləndirilməsindən ibarətdir" - Pezeşkian

2026/05/1779895750.jpg
Oxunub: 323     16:10     29 May 2026    
İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şərif və Malayziyanın Baş naziri Ənvər İbrahim arasında telefon danışığı aparılıb.

Ordu.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın rəsmi "X" səhifəsində paylaşım edilib.

“Malayziya və Pakistanın baş nazirləri ilə Qurban bayramı münasibətilə təbrikləşdiyimiz söhbət zamanı İranın diplomatiyaya sadiqliyini vurğulayaraq, Malayziyanın humanist mövqeyinə, həmçinin Pakistanın razılaşmanın əldə olunması istiqamətində təşəbbüskar və effektiv səylərinə görə minnətdarlığımı bildirdim”, - deyə o, paylaşımda qeyd edib.

Pezeşkianın sözlərinə görə, İranın siyasəti müsəlman və qonşu ölkələrlə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   İran  


Bizi "telegram"da izləyin