Rusiyada axtarışda olan riyaziyyatçı Mixail Verbitski İrəvanda saxlanılıb

2026/06/1781337491.jpg
Oxunub: 198     11:54     13 İyun 2026    
Rusiyada axtarışa verilmiş bloger və riyaziyyatçı Mixail Verbitski İrəvan hava limanında saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri Ermənistan polisinə istinadən məlumat yayıb.

Məlumata görə, Verbitski hazırda “Zvartnots” hava limanında saxlanılan şəxslər üçün nəzərdə tutulmuş bölmədə nəzarət altında saxlanılır.

Hüquq-mühafizə orqanları bildiriblər ki, Mixail Verbitskiyə qarşı 2024-cü ilin noyabrında terrorçuluğa çağırışlarla bağlı cinayət işi açılıb.

2025-ci ilin yanvarında Rusiyanın Maliyyə Monitorinqi Xidməti onu terrorçular və ekstremistlər siyahısına daxil edib. Həmin dövrdə Rusiya Daxili İşlər Nazirliyi də Verbitskini rəsmi olaraq axtarışa verib.

“Kommersant” nəşrinin məlumatına görə, Verbitski Moskva, Qlazqo, Brüssel və Tokio universitetlərində dərs deyib.

O, 1998-ci ildə riyaziyyatçı Dmitri Kaledin ilə birlikdə UR-REALIST musiqi leyblini təsis edib. Leybl tərəfindən 40-dan çox albom, o cümlədən “Qrajdanskaya Oborona” qrupunun albomları buraxılıb.

Verbitski 2001-2005-ci illərdə “LiveJournal” platformasında məşhur bloq aparıb və internetdə senzura əleyhinə çıxışları ilə tanınıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin