Ordu.az xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev sosial şəbəkələrdə məlumat verib.
"PUA qalıqlarının düşməsi nəticəsində dəniz terminalında yanğın baş verib. Təəssüf ki, bir nəfər həlak olub", - o qeyd edib.
İlkin məlumata görə, üç nəfər xəsarət alıb.
Kondratyevin sözlərinə görə, yanğının söndürülməsinə 96 nəfər, Rusiya Fövqəladə Hallar Nazirliyinin texnikası da daxil olmaqla 30-dan çox texnika cəlb olunub.
Ordu.az