Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-də bayram paradından sonra jurnalistlərlə keçirdiyi brifinq zamanı deyib.
Paşinyan “Güclü Ermənistan” partiyası və onun lideri Samvel Karapetyana toxunaraq bildirib ki, “Armenia” telekanalına verdiyi müsahibədən sonra onun Ermənistanda 300 min azərbaycanlının yerləşdiriləcəyini təsdiqlədiyi barədə açıqlamalar verilib.
“Mən bununla bağlı üçüncü məhkəmə iddiasını qaldıracağam. Bu dəfə artıq söhbət açıq müsahibədən gedir və tam aydındır ki, Samvel Karapetyan üçüncü dəfə üzr istəməli olacaq. Əgər o artıq məhkəmə iddiasının məbləğindən narahat olmağa başlayıbsa, deməli onun sərvətinin həcmi barədə yayılan məlumatlar ciddi şəkildə şişirdilib”, - deyə Ermənistan hökumətinin başçısı qeyd edib.
Paşinyan yayılan gizli dinləmə materiallarından birinə də münasibət bildirib. Həmin materialda Nikol Paşinyanın seçkidə qalib gələcəyi halda belə, çevriliş cəhdinə əl atılacağından bəhs olunurdu.
“Ermənistanın hüquq-mühafizə və institusional sistemi istənilən çevriliş cəhdini başlanğıc mərhələsində boğacaq qədər formalaşıb”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az