Sibiqa Ukrayna-Rusiya-Türkiyə-ABŞ liderlərinin mümkün görüşünü anons edib

2024/12/1735362683.jpg
Oxunub: 301     15:25     17 Aprel 2026    
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Türkiyə və ABŞ prezidentlərinin iştirakı ilə liderlər səviyyəsində Rusiya ilə görüşə hazır olduqlarını təsdiqləyib.

Ordu.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə nazir Antalya Diplomatiya Forumunda bildirib.

"Biz liderlər səviyyəsində görüşün təşkili məsələsində türkiyəli dostlarımıza güvənirik. Buna görə də bu görüşə hazırıq. Həmçinin Türkiyədə. Mən Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ola bilsin, ABŞ Prezidenti Donald Tramp arasında görüşü nəzərdə tuturam. Ukrayna Prezidentinin son səfəri zamanı biz bu mesajı türkiyəli dostlarımıza çatdırdıq", – Sibiqa bildirib.

O həmçinin vurğulayıb ki, Türkiyə sülh səylərində çox mühüm rol oynayır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sibiqa   Ukrayna  


Bizi "telegram"da izləyin