Ordu.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.
Məsələ üzrə məruzəçilər Robert Zile və Mixal Şçerba bir neçə mühüm müddətin sürətləndirilməsinə çağırıblar.
Xüsusilə, onlar Avropa Komissiyasının layihəsində nəzərdə tutulduğu kimi 2030-cu il əvəzinə, 2028-ci ilə qədər tranzit icazələrinin verilməsi üçün vahid rəqəmsal platformanın işə salınmasını istəyirlər. Zile bildirib ki, bir neçə ölkə artıq mövcud sistemlərdən istifadə edir, xüsusilə 11 ölkənin istifadə etdiyi SDMMS sistemi mövcuddur və yenisini sıfırdan yaratmaq məqsədəuyğun deyil. Məruzəçilər həmçinin ölkələrin altı ay əvəzinə üç ay ərzində milli koordinatorlar təyin etmələrini öhdəlik kimi təklif ediblər.
Danışıqların mərkəzində sərhədlərarası bütün məhdudiyyətləri aradan qaldıran və hərbçilərə infrastrukturdan istifadə məsələsində üstünlük verən EMERS fövqəladə vəziyyət mexanizmi dayanır. Üzv dövlətlər onun tətbiqini müəyyən bölgələrlə məhdudlaşdırmaq istəyirlər, lakin Zile bu yanaşmanın praktiki tərəfini şübhə altına alır: “Hərbi karvan A nöqtəsindən B nöqtəsinə necə çata bilər?”. Digər maneə bəzi ölkələrin fövqəladə vəziyyət mexanizmi işlədiyi halda belə, öz ərazilərindən xarici qoşunların tranzitini məhdudlaşdırmaq hüququnu saxlamaq istəməsidir.
EMERS-in aktivləşdirilməsi nəticəsində zərər görən infrastruktur sahiblərinə maliyyə kompensasiyası məsələsi də hələ həll olunmayıb. “Bütün xərcləri üzv dövlətlərin üzərinə qoymaq ədalətsizdir”, - deyə Zile bildirib və “həmrəylik prinsipinin” müzakirəsini təklif edib.
Növbəti məruzəçilər iclasları mayın 19-u və iyunun 16-sı üçün nəzərdə tutulub. Məqsəd iyulda keçiriləcək ilk üçtərəfli görüşdən əvvəl, Aİ Şurasında İrlandiyanın sədrliyi çərçivəsində ümumi mövqenin hazırlanmasıdır.
Sevinc Əliyeva
Ordu.az