Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Ağ Evin rəhbəri yazıb: “İtaliya bizə kömək etmədi və biz də onlara kömək etməyəcəyik”.
O, “The Guardian” nəşrinin Romanın Vaşinqtona Siciliyadakı “Siqonella” İtaliya hərbi bazasına giriş icazəsi vermədiyi barədə məlumatını şərh edib.
“Corriere della Sera” qəzetinin mənbəsinə görə, ABŞ bombardmançıları Yaxın Şərqə yollanmadan əvvəl bazaya eniş etmək istəyiblər. Onların girişi rədd edilib, çünki ABŞ eniş icazəsini yalnız təyyarələr artıq Siciliyaya istiqamətləndikdən sonra istəyib.
Mənbə əlavə edib ki, bu, silah daşıyan təyyarələr üçün tələb olunduğu kimi İtaliya parlamentindən təsdiq almaq üçün kifayət qədər vaxt deyildi.
ABŞ və İtaliya 1950-ci illərin sonlarında sazişlər imzalayıblar. Həmin sazişlərə əsasən bazalardan yalnız logistika və təlim məqsədləri üçün istifadə oluna bilər, lakin fövqəladə hallar istisna olmaqla, hərbi münaqişələrdə istifadə edilən silahların daşınması üçün tranzit mərkəzləri kimi istifadə edilə bilməz.
Sevinc Əliyeva
Ordu.az