Ordu.az xəbər verir ki, bu, uçuş məlumatlarının təhlilindən sonra məlum olub.
“Boeing E-3A Sentry” Türkiyənin Konya hava limanından havaya qalxıb. Təyyarə Türkiyənin Qara dəniz sahili boyunca və Bolqarıstan ərazisi üzərindən uçub. Rumıniya hava məkanına daxil olduqdan sonra Ukrayna sərhədi yaxınlığında dairəvi manevrlər etməyə başlayıb.
“RİA Novosti”nin məlumatına görə, bu ərazidə kəşfiyyat missiyası təxminən iki saat davam edib.
Daha sonra Moskva vaxtı ilə təxminən saat 16:00-da təyyarə müşahidə zonasını tərk edərək Bolqarıstan hava məkanına qayıdıb.
Sevinc Əliyeva
Ordu.az