Ermənistan KİV-i: Antikilsə kampaniyasının “pauzası” arxasında nə gizlənir?

2026/03/1773122949.jpg
Oxunub: 274     10:07     10 Mart 2026    
Son vaxtlar hakimiyyətin və Nikol Paşinyanın Erməni Apostol Kilsəsinə qarşı elan etdiyi müharibədə müəyyən passivliyi çox açıq görünür.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Antikilsə kampaniyasının “pauzası” arxasında nə gizlənir?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, hətta Paşinyan ibadətlərdə iştirak edir və orada bütün ermənilərin katolikosu II Qareginin adı çəkilmir. Paşinyan bir neçə həftə əvvəl bunun onun üçün prinsipial məsələ olduğunu bildirmişdi.

“Mənbələrimizin məlumatına görə, Paşinyanın bu “pauzasında” təkcə seçki məntiqi deyil, həm də IRI-nin yaxın günlərdə dərc etdiyi sorğunun nəticələri mühüm rol oynayıb. Bildirilir ki, Paşinyan hakimiyyəti bu nəticələrlə daha əvvəl tanış olub. Xüsusilə, 2026-cı ilin fevralında keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 61 faizi Erməni Apostol Kilsəsindən razı olduğunu bildirib. Halbuki 2025-ci ilin iyununda bu göstərici 58 faiz idi. Bu isə göstərir ki, hakimiyyətin antikilsə kampaniyası, din xadimlərinə qarşı hüquq-mühafizə “alətlərindən” istifadə və digər təzyiqlər Paşinyanın istədiyi nəticəni vermir, hətta əksinə təsir göstərir”, - deyə KİV bildirib.

Nəşrin əldə etdiyi məlumata görə, bu o demək deyil ki, Paşinyan antikilsə kampaniyasını dayandırıb.

“Əksinə, mənbələr bildirir ki, indi onlar “gizli şəkildə” fəaliyyətə keçiblər. Xüsusilə, Erməni Apostol Kilsəsinin maliyyə hərəkətlərini izləyir, “kompromat” axtarır, bir sözlə, lazım olan anda kilsəyə yenidən daha güclü hücum etmək üçün ciddi “dosyelər” toplayırlar”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kilsə  


Bizi "telegram"da izləyin