Ordu.az xəbər verir ki, bunu “Şant” telekanalına müsahibəsində İranın Ermənistandakı səfiri Xəlil Şirğolami deyib.
“Ermənistanla qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərimiz var. Biz həmişə qeyd etmişik ki, Ermənistanın təhlükəsizliyi həm də bizim təhlükəsizliyimizdir. Bu məsələyə ciddi yanaşırıq və bunu dəfələrlə sübut etmişik. Buna görə də bu müharibənin bizim dost ölkəmiz Ermənistana hətta cüzi zərər vurmasını belə istəmirik. İqtisadi məsələlərə gəlincə, xoşbəxtlikdən iqtisadi əməkdaşlıq davam edir. Sərhədimiz həm sərnişinlərin, həm də yüklərin hərəkəti üçün açıqdır. İqtisadi münasibətlər heç bir ciddi təsirə məruz qalmayıb və aktiv, dinamik şəkildə davam edir”, - deyə səfir qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az