Paşinyan Fransaya işgüzar səfərə yollanıb, Nüvə Enerjisi Sammitində iştirak edəcək

2026/03/1772775225.jpg
Oxunub: 299     22:16     09 Mart 2026    
Ermənistan Baş naziri Nikol Paşinyan Fransa Respublikasına işgüzar səfərə yollanıb.

Ordu.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan məlumat yayıb.

Məlumata görə, martın 10-da Parisdə Paşinyan Nüvə Enerjisi Sammitində iştirak edəcək.

Martın 11-də Ermənistan Baş naziri Strasburqa gedəcək. Nikol Paşinyan Avropa Parlamentində çıxış edəcək. Səfər çərçivəsində Baş nazir Nikol Paşinyanın Avropa Parlamentinin sədri Roberta Metsola ilə görüşü də nəzərdə tutulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Fransa  


Bizi "telegram"da izləyin