Paşinyan Müctəba Xameneini İranın ali rəhbəri seçilməsi münasibətilə təbrik edib

2026/03/1772775225.jpg
Oxunub: 287     16:20     09 Mart 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan Müctəba Xameneiyə İranın Ali Rəhbəri seçilməsi münasibətilə təbrik ünvanlayıb.

Bu barədə Ordu.az Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Paşinyan öz mesajında həmçinin bildirib ki, Ermənistan və İran arasındakı möhkəm əlaqələr yeni uğurlar əldə edərək bundan sonra da inkişaf edəcək.

Qeyd edək ki, martın 9-u Müctəba Xameneinin İranın yeni ali rəhbəri seçildiyi elan edilib. Bu vəzifədə o, fevralın 28-də İsrail və ABŞ-nin birgə əməliyyatı nəticəsində öz iqamətgahında öldürülən atası Əli Xameneini əvəz edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin