XİN: İran Kipr, Türkiyə və Azərbaycan istiqamətində zərbələr endirməyib

2025/11/1763890644.jpg
Oxunub: 440     16:24     09 Mart 2026    
İran Silahlı Qüvvələri Kipr, Türkiyə və Azərbaycan istiqamətində hücum həyata keçirməyib.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

“Azərbaycan, Türkiyə və Kipr məsələsinə gəlincə, İran Silahlı Qüvvələrinin Baş Qərargahı açıq və rəsmi şəkildə bəyan edib ki, İran ərazisindən və ya silahlı qüvvələr tərəfindən belə raket buraxılışları olmayıb”, - deyə Bəqai mətbuat brifinqi zamanı bildirib.

ABŞ və İsrail 28 fevral tarixindən etibarən İrana qarşı hücumlar həyata keçirir ki, bu da dağıntılara və insan tələfatına səbəb olub. Buna cavab olaraq İran İsrailə, eləcə də regiondakı ABŞ hərbi bazalarına və obyektlərinə raket zərbələri endirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəqai   İran  


Bizi "telegram"da izləyin