İsrail vətəndaşlarını Ermənistan və Gürcüstana səfər etməkdən çəkinməyə çağırıb

2026/03/1772991825.jpg
Oxunub: 339     09:08     09 Mart 2026    
İsrailin Milli Təhlükəsizlik Şurası Birləşmiş Ərəb Əmirliklərindən başqa ölkələrə səfərlə bağlı xəbərdarlıq yayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Xüsusilə, Şura Ermənistan və Gürcüstana səfər etməməyə çağırıb.

Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İran ərazisinə zərbələr endirir ki, bu da dağıntılara və insan itkilərinə səbəb olub. Buna cavab olaraq İran İsrailə və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirir.

İsrail və ABŞ-nin hücumları nəticəsində İranın ali rəhbəri ayətullah Əli Xameneyi və ölkənin digər yüksək vəzifəli şəxsləri də öldürülüb.

Martın 2-də isə İsrailə qarşı müharibəyə “Hizbullah” hərəkatı da qoşulub. İsrail həmin hərəkatın qüvvələrinə qarşı hücum əməliyyatı başlatdığını bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin