Ordu.az xəbər verir ki, Sadır Japarov “Kabar” agentliyinə müsahibəsində qeyd edib ki, məhkəmənin qərarını dəyişdirmək olmaz, lakin onun amnistiya hüququ var.
"Müvafiq müraciət daxil olsa, amnistiya imkanlarını nəzərdən keçirə bilərəm", - o deyib.
İyunun 3-də Bişkekin Pervomayski Rayon Məhkəməsi A.Atambayevi qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib. Eks-prezident Koy-Taş kəndində qanunsuz torpaq əldə etməkdə, Bişkek İstilik Elektrik Stansiyasının modernləşdirilməsi zamanı korrupsiyada, habelə 2019-cu il avqustun 7-8-də kütləvi iğtişaşların təşkilində təqsirli bilinib.
Ordu.az