Cənubi Koreyanın yeni prezidenti bu gün Trampla danışa bilər

2025/06/1749014001.jpg
Oxunub: 410     09:15     04 İyun 2025    
İyunun 4-də vəzifəsinin icrasına başlayan Koreya Respublikasının Prezidenti Li Çje Myon ABŞ və Yaponiya ilə üçtərəfli əməkdaşlığı gücləndirmək, xarici siyasətdə isə milli maraqları rəhbər tutmaq niyyətində olduğunu bəyan edib.

Ordu.az-ın "Yonhap" agentliyinə istinadən verdiyi məlumata görə, Li Çje Myon andiçmə mərasimində çıxışında qlobal çağırışlar və dəyişikliklər fonunda praqmatik diplomatiyanın vacibliyini vurğulayıb.

O, mövcud böhranları ölkənin maraqlarını təmin etmək üçün fürsətə çevirəcəyini vəd edib.

Gün ərzində həmçinin Li Çje Myonun ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparacağı gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   ABŞ  


Bizi "telegram"da izləyin