Ordu.az-ın xəbərinə görə, bu barədə BFMTV telekanalı istintaqa yaxın mənbəyə istinadən məlumat yayıb.
"Parisdə yəhudi icmasının tez-tez ziyarət etdiyi beş yerə yaşıl boya tökməkdə şübhəli bilinən serb mənşəli üç kişi bazar ertəsi, iyunun 2-də Antiba yaxınlığında həbs edilib", - məlumatda deyilir.
Xatırladaq ki, hadisə mayın 30-dan 31-nə keçən gecə baş verib. Cinayətkarlar Parisin tarixi məhəlləsində Holokost memorialına, üç sinaqoqa və restorana yaşıl boya töküblər.
Ordu.az